
Haqqımızda
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası
Fevralın 24-də Azərbaycanın Brüsseldəki və Avropa İttifaqı yanındakı səfirliyində azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu - Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) təsis olunmusdur.
Qurumun yaradılmasında məqsəd Avro-Atlantik cografiyasında fəaliyyət göstərən bir çox Azərbaycan və Türkiyə təşkilatlarının fəaliyyətlərini koordinasiya etməklə bərabər Azərbaycana və Turkiyəyə qarşı son zamanlar Qərb dövlətləri tərəfindən intensivləşən hücumların, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasinin, Ermənistanın silahlandırılmasınin qarşısının alınması , həmçinin AP, AŞPA və ABŞ tərəfindən Azərbaycana qarşı artan təzyiqlərlə birgə mübarizə aparmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq və lobbiçilik fəaliyyətini gücləndirməkdir.
Bu məqsədə nail olmaq üçün: Müasir dövrün tələblərinə uyğun olaraq yeni metod və texnologiyalar vasitəsilə Azərbaycan xalqının tarixi və müasir həyatı ilə bağlı həqiqətlərini Avro-Atlantika ölkələri ictimaiyyətinə çatdırılması, təbliğat və təşviqat kampaniyalarının uğurlu olması üçün mütəşəkkil şəkildə üzv təşkilatların da fəal iştirakını təmin edir, kütləvi etiraz aksiyalarını, mitinqləri, nümayişləri, küçə yürüşlərini təşkil edir; Avro- Atlantika ölkələri nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyi və Avropa Şurasının ayrı-ayrı strukturları ilə işgüzar münasibətlər qurmağa səy göstərir, Azərbaycan haqqında onların məlumatlandırılması üçün tədbirlər təşkil edir və beynəlxalq təşkilatların təşkil etdiyi konfrans və seminarlarda iştirak edir.
Avro- Atlantika ölkələrindəki Azərbaycan və türk icmaları arasında mütəmadi görüşlər və müzakirələr təşkil edir. Avro-Atlantika ölkələri parlamentlərinin türk və azərbaycanlı üzvləri ilə əlaqələr yaradır, onların seçki kampaniyalarına dəstək verir. Dövrü mətbuatda, radio və televiziyalarda AAATŞ fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırır.
Avro-Atlantika ölkələrinin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunan, Azərbaycana müsbət münasibəti olan ictimai və siyasi xadimlərlə əlaqələrin qurulmasına, onların Azərbaycan icmalarında təmsil olunmasına səy göstərir, Azərbaycan icmalarının toplantılarında xarici ölkələrin parlament və hökumət üzvlərinin, siyasi xadimlərinin, nüfuzlu iş adamlarının, alim və jurnalistlərin iştirakının təmin edilməsi, Avro-Atlantika ölkələrinin ictimai və siyasi xadimlərin Azərbaycana səfərlərinin təşkili istiqamətində mütəmadi və sistemli iş aparır. Azərbaycan və Avro-Atlantika ölkələrinin digər Parlamentlərarası Dostluq Qrupları ilə regional səviyyədə əməkdaşlıq əlaqələri qurur.
EAPCA fəaliyyətə başladığı gündən etibarən Avropa Parlamentinə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarlara görə rəsmi Bəyanatlar unvanlamısdir.